Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonunun Qaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi

31.03.2009

Saat 13.30 radələrində İmişli rayonunun Qaraqaşlı kəndində Ağdam rayon sakini Camal Mehdiyevin idarə etdiyi "VAZ-21011" markalı və Füzuli rayon sakini Tərxan Rəhimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər 2 sürücü və T.Rəhimovun sərnişinləri, Füzuli rayon sakini Qadir Cəfərov və Bakı şəhər sakini Etibar Əfəndiyev xəstəxanaya yerləşdirilmişlər. Q.Cəfərov orada ölmüşdür. İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.