Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.03.2009

Saat 22.00 radələrində Hacıqabul rayonu ərazisində Tovuz rayon sakini Əli İmamverliyevin idarə etdiyi "ZİL" markalı, Sumqayıt şəhər sakini Vahid Fərzəliyevin idarə etdiyi "Kamaz" markalı və Bərdə rayon sakini Samir Mehdiyevin idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə Ə.İmamverliyevin sərnişini, Tovuz rayon sakini Qoşqar Səmədov hadisə yerində ölmüş, xəsarət almış Ə.İmamverliyev və V.Fərzəliyev isə xəstəxanaya yerləşdirilmişdir. Hacıqabul RPŞ tərəfindən araşdırmalar aparılır.