Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
28.03.2009 Saat 17.00 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Səbuhi Qasımov "Toyota" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə S.Qasımov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, arvadı Esmira, qızı Fatimə və qohumu Gülcan Məmmədova xəstəxanaya yerləşdirilmişlər. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.