Zərdab rayonunun Aslanlı kənd sakini Şirin Zahidova məxsus evdə yanğın baş vermişdir
26.03.2009 Martın 26-da saat 05.30 radələrində Zərdab rayonunun Aslanlı kəndində, kənd sakini Şirin Zahidova məxsus ümumi sahəsi 70 kvadratmetr olan 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Araşdırmalar aparılır.