Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 35 cinayət faktı qeydə alınmışdır

22.03.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 35 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-si "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 3 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.     
  •  9 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.
  •  Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.