Balakən rayon sakini 177 qr. marixuananı 280 min manata satarkən tutulmuşdur
17.03.2005DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Tacir Lahıcov 177 qr. marixuananı 280 min manata satarkən tutulmuşdur. T.Lahıcovdan əlavə 22 qr. tiryək və 8 qr. marixuana götürülmüşdür.