Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonunun Qızıl Hacılı kəndi ərazisində yol-nəqliyat hadisəsi

21.03.2009

Saat 19.30 radələrində Goranboy rayonunun Qızıl Hacılı kəndi ərazisində, rayon sakinləri Azər Vəliyevin idarə etdiyi "Toyota" markalı və Pərvin Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuş və "Toyota" markalı avtomaşın aşmışdır.  Nəticədə A.Vəliyevin xəsarət almış sərnişinləri - oğlu İbrahim, qohumları Cəmilə Vəliyeva, Ceyhunə Vəliyeva və Qumru Vəliyeva xəstəxanaya yerləşdirilmişlər.  Cəmilə və Ceyhunə orada ölmüşlər. Goranboy RPŞ tərəfindən araşdırmalar aparılır.