Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonunun Dayıkənd kəndində yol-nəqliyyat hadisəsi

20.03.2009

Martın 19-da saat 23.05 radələrində Salyan rayonunun Dayıkənd kəndində müəyyən edilməmiş avtomaşınla kənd sakini Rafiq Əsədov vurulmuşdur. Nəticədə xəsarət almış R.Əsədov xəstəxanaya yerləşdirilmişdir. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Fatih" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Rəşid Pyatov tərəfindən törədilməsi müəyyən edilmişdir. Salyan RPŞ tərəfindən araşdırmalar aparılır.