Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonundakı Z.Bünyadov küçəsində yol-nəqliyyat hadisəsi

20.03.2009

Saat 17.00 radələrində Nərimanov rayonundakı Z.Bünyadov küçəsində Bakı şəhər sakini Roma Quliyevin idarə etdiyi "VAZ-2106" markalı, Tərtər rayon sakini İqbal Əhmədovun idarə etdiyi "Mercedes" markalı və Sumqayıt şəhər sakini Zaur Cəfərovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər 3 sürücü və Z.Cəfərovun sərnişini, Sumqayıt şəhər sakini Anar Əliyev xəstəxanaya yerləşdirilmişlər. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.