Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-qəza hadisəsi
07.12.2005Saat 00:10 radələrində Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində, Gədəbəy rayon sakini Qoşqar Hüseynovun idarə etdiyi "İkarus-256" markalı və Tovuz rayon sakini Akif Tağıyevin idarə etdiyi "İkarus-256" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü hadisə yerində ölmüş, Q.Hüseynovun sərnişini, həmyerlisi Sənubər Hüseynova, A.Tağıyevin sərnişinləri, həmyerlisi Nadir Qasımov, Ağstafa rayon sakinləri Nərgiz Bayramova, Sərdar Əliyev, Qazax rayon sakinləri Minayə Zeynalova və Təranə Qurbanova xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. S.Hüseynovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə qənaətbəxşdir.