M.Rəsulzadə qəsəbəsində yerləşən "Qrand" supermarketində soyğunçuluq hadisəsi baş vermişdir
07.12.2005Saat 19:10 radələrində, 3 naməlum şəxs (ilkin məlumatlara əsasən onlardan ikisinin əlində tapança olmuşdur) Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində yerləşən, Bakı şəhər sakini Vüqar Abbasova məxsus "Qrand" supermarket mağazasına girib 3 dəfə havaya atəş açaraq oradakılara hədə-qorxu gəlmiş, döşəməyə uzanmalarını tələb edərək valyutadəyişmə məntəqəsindən 50 milyon manat pulu götürərək getmişlər. Binəqədi RPİ tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.