Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi

13.03.2009

Saat 21.15 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Cəlilabad rayon sakini İlyas Hüseynovun idarə etdiyi "Kamaz" markalı və Lənkəran rayon sakini Mirzə İbadovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.İbadovun sərnişinlərindən Lənkəran rayon sakini Dilruba Camalova hadisə yerində ölmüş, xəsarət almış M.İbadov və həmyerliləri Səfərəli Əsgərov, Ağasəlim Nəsibov və Həqiqət Talışinski isə xəstəxanaya yerləşdirilmişlər. H.Talışinski orada ölmüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.

13.03.2009 tarixinə olan kriminal məlumatlar