DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 33 cinayət faktı qeydə alınmışdır

17.03.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 33 cinayət faktı qeydə alınmışdır ki, onların da 30-u «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 9 nəfər yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Bu yanğınlar zamanı insan tələfatı olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 fakt müəyyən edilmişdir.