Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 60 cinayət faktı qeydə alınmışdır

10.03.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmışdır ki, onların da 45-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.  

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 5 nəfər yaralanmışdır.     
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 73 nəfər tutulmuşdur.

10.03.2009 tarixinə olan kriminal məlumatlar