Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirmişlər

10.03.2009

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığı ilə məşğul olan daha bir transmilli mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əsasən Nigeriya vətəndaşları olan və paytaxtın Yasamal raynunda kirayədə yaşayan  1977-ci il təvəllüdlü Ojuyederie Ceyms Okeneruim, 1974-cü il təvəllüdlü Okvara Filip Namdi, 1984-cü il təvəllüdlü Oqbonna Sabastine Okeçukvyun, 1972-ci il təvəllüdlü Peter Unojite, 1982-ci il təvəllüdlü Davies Ulovasegün İsola və 1982-ci il təvəllüdlü Nduka Valentin saxlanılmışlar.
Onlardan 20 kiloqram 675 qram heroin götürülmüşdür.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılmış, istintaq aparılır. 

10.03.2009 tarixinə olan kriminal məlumatlar