Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğuz rayonunun Bucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

10.03.2009

Martın 9-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şamaxı rayon sakini Ziyad Kərimov "VAZ-21061" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Bakı şəhər sakini Abbas Abbasovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşına vurmuş, idarəetməni itirərək yolun əks istiqaməti ilə hərəkət edən Mingəçevir şəhər sakini Sabir Əhmədovun idarə etdiyi "Opel" markalı avtomaşınla toqquşmuşdur. Nəticədə xəsarət almış A.Abbasov, sərnişini, həmyerlisi Firdovsi Həsənov, habelə Z.Kərimov və onun sərnişini, həmyerlisi Mansur Həmidov xəstəxanaya yerləşdirilmişlər. Oğuz RPŞ tərəfindən araşdırmalar aparılır.

10.03.2009 tarixinə olan kriminal məlumatlar