Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini N.Kazımovanı hədələyərək 500 manat verməsini tələb etmiş şəxslər saxlanılmışlar

10.03.2009

Martın 10-da Sabunçu rayonu Ə.Cavad küçəsindəki 5 nömrəli bazarda özlərini jurnalist kimi təqdim etmiş  3 naməlum şəxs Bakı şəhər sakini Nəcibə Kazımovanın barəsində rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə 500 manat verməsini tələb etmişlər. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Dövlət Qanunları" ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Gəncə şəhər sakini Nazim Quliyev və "Respublika Qanunları" ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zəmanət Əzimov saxlanılmışlar. Araşdırmalar davam etdirilir.

10.03.2009 tarixinə olan kriminal məlumatlar