Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 12 cinayət faktı qeydə alınmışdır

05.12.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınmışdır ki, onların da 11-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.