Bakı şəhər sakini D.Balaşovun 235 nömrəli xətt avtobusunda oğurluq cinayəti törətməsi müəyyən edilmişdir
10.03.2009 Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dmitri Balaşov oğurluqda şübhəli şəxs qismində polisə gətirilmiş və ətrafında aparılmış tədbirlər nəticəsində onun 2008-ci ilin dekabrın 22-də 235 nömrəli xətt avtobusunda Bakı şəhər sakini Aygün Babayevanın mobil telefonunu oğurlaması müəyyən edilmişdir.