Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir qrup şəxs Xırdalan Dəmir Yolu Stansiyasının ərazisində dayanmış vaqondan 1 ton 120 kiloqram sementi oğurlamağa cəhd göstərərkən tutulmuşdur

10.03.2009

DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da Xırdalan Dəmir Yolu Stansiyasının ərazisində dayanmış, yükü sement olan vaqonun alt qapağını açmaq yolu ilə oradan 1 ton 120 kiloqram sementi oğurlayıb Ağdam rayon sakini Mustafa İmanovun idarə etdiyi "QAZ-33021" markalı avtomaşına yükləyərkən Dövlət Dəmir Yolu İdarəsinin Təhlükəsizlik Xidmətinin atıcısı Ramin Qocayev, Qobustan rayon sakini Fikrət Ağalıyev, Bakı şəhər sakinləri Camal Camalov və Elşən Əbilzadə tutulmuşlar. Araşdırmalar aparılır.

10.03.2009 tarixinə olan kriminal məlumatlar