Daşkəsən rayonu ərazisində əsmiş güclü külək nəticəsində "Bakcell" telefon şəbəkəsinə məxsus ötürücü qüllə aşmışdır
09.03.2009 Martın 9-da Daşkəsən rayonu ərazisində əsmiş güclü küləkdən 3 kəndin ərazisində ümumilikdə 30 ədəd rabitə və işıq dirəyi aşmış, 230 ədəd fərdi evin, 2 orta məktəb və 1 xəstəxananın dam örtükləri yararsız hala düşmüş və "Bakcell" telefon şəbəkəsinə məxsus 30 metr hündürlüyündə olan ötürücü qüllə aşmışdır.