Gədəbəy rayonu ərazisində əsmiş güclü külək nəticəsində rayonun Gərgər kənd sakini X.İsmayılova məxsus 2 mərtəbəli ev uçmuşdur
09.03.2009 Martın 9-da Gədəbəy rayonu ərazisində əsmiş güclü küləkdən 11 kəndin ərazisində ümumilikdə 47 ədəd işıq dirəyi aşmış, 35-40 ədəd fərdi evin dam örtükləri yararsız hala düşmüş, Gərgər kəndində isə kənd sakini Xasay İsmayılova məxsus 2 mərtəbəli evin uçmasından özü, arvadı Qərənfil, qızı Röyal və oğlu Tural müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.