Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaları tərəfindən vətəndşlardan narkotik vasitələr götürülmüşdür

04.12.2005

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ucar RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində, Ucar rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Əmiraslan Fərzəliyev və İbrahimxəlil Gülmalıyev 310,58 qram marixuananı 3 milyon 140 min manata satarkən tutulmuşlar. Ə.Fərzəliyevin Ucar rayonunun Xalac kəndindəki yaşadığı evə baxış zamanı əlavə satış məqsədilə saxladığı 1 kiloqram 531,191 qram marixuana aşkar edilərək götürülmüşdür. Tovuz rayon sakini Fəxrəddin Əliyev 1 kiloqram 94,8 qram marixuananı 431 min manata satarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən tutulmuşdur. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində, Bakı şəhər sakini Elşad Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşının şüşəsini sındırmaq yolu ilə oradan oğurluq edərkən, Goranboy rayon sakini Seymur Əlizadə tutulmuşdur. S.Əlizadənin üstünə baxış zamanı 2,39 qram həşiş götürülmüşdür. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Vladlen Qlazkovdan 0,207 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ceyhun Hüseynovdan 0,23 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məmmədağa Məmmədovdan 1,69 qram tiryək, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Nizami Əliyevdən 4,8 qram tiryək götürülmüşdür.