Biləsuvar rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2009Martın 4-də saat 23.15 radələrində Biləsuvar rayonu ərazisində, rayon sakini Yaşar Məmmədov "Opel" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Y.Məmmədov və sərnişinləri, qardaşı Vüqar və həmyerlisi Tural Hüseynov xəstəxanaya yerləşdirilmişlər. Biləsuvar RPŞ tərəfindən araşdırmalar aparılır.