Şirvan şəhər sakini Əlizamin Kazımovun evində yanğın baş vermişdir
05.03.2009 Saat 23.30 radələrində Şirvan şəhər sakini Əlizamin Kazımovun evində yanğın baş vermişdir. Nəticədə 40 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra Ə.Kazımovun yanmış meyiti tapılmışdır.