Qusar rayon sakini P.Kazımovanı idarə etdiyi avtomaşınla vuraraq ölməsinə səbəb olmuş sürücü Ə.Əlimuradov tutulmuşdur
03.03.2009 Saat 09.00 radələrində Qusar rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Nəcəfkənd kənd sakini Pərixanım Kazımova vurulmuşdur. Nəticədə P.Kazımova hadisə yerində ölmüşdür. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "QAZ-53" markalı avtomaşının sürücüsü, Aşağı Kalxanur kənd sakini Ədik Əlimuradov tutulmuşdur. Qusar RPŞ tərəfindən araşdırmalar aparılır.