Mirkazım Həsənova məxsus 33 baş qoyunu oğurlamış Vaqif Zamanov tutulmuşdur
02.03.2009DİN Baş Cinayət-Axtarış İdarəsi və Hacıqabul RPŞ əməkdaşları tərəfindən oğurluq etdiklərinrə görə tutulmuş N.Nəsibovun və Z.Zamanovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların Xocalı rayon sakini Vaqif Zamanovla birgə 2008-ci il iyunun 8-də Hacıqabul rayonunun Padar kənd sakini Mirkazım Həsənova məxsus 33 baş qoyunu oğurlamaları müəyyən edilmişdir.