Salyan rayonunun Xalac kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.02.2009 Saat 12.00 radələrində Salyan rayonunun Xalac kəndi ərazisində kənd sakini Nüsrət İbrahimov "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu Şorsu kanalına aşırmışdır. Nəticədə N.İbrahimov və sərnişini, həmyerlisi Rəsul Ağamalıyev hadisə yerində ölmüşdür. Salyan RPŞ tərəfindən araşdırmalar aparılır.