DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
28.02.2009 Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Səbail RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də E.Qasımova narkotik vasitə satmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Bahadur Zeynalov və Zahidə Nadirova tutulmuşlar. B.Zeynalovdan 122,301 qram heroin, 632,36 qram tiryək və 515,78 qram həşiş, Z.Nadirovadan isə 1,185 qram heroin götürülmüşdür.