İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əməliyyat tədbirləri keçirmişlər
28.02.2009 DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Nahidə Məmmədova, Bakı şəhər sakini Zivər İsayeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaları faktları ilə əlaqədar, Bakı şəhər sakini Vüsalə Əliyeva isə gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi üçün tutulmuşlar.