Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini İslam Qəniyevdən yayılması qanunla qadağan olunmuş dini təriqətlərə aid ədəbiyyat götürülmüşdür

26.02.2009

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Betonzavod qəsəbə sakini, radikal dini təmayüllü, əvvəllər məhkum olunmuş İslam Qəniyevin evindən yayılması qanunla qadağan olunmuş 30 adda müxtəlif dini təriqətlərə aid kitablar, 2 ədəd buklet və 48 ədəd CD disklər aşkar edilərək götürülmüşdür. İ.Qəniyev polisin qanuni tələblərinə tabe olmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə protokol tərtib olunmuş və şəhər məhkəməsi tərəfindən 5 gün müddətinə inzibati qaydada həbs edilmişdir.