Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq etmiş bir qrup şəxs yaxalanmışdır

30.11.2005

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində, cari ilin avqust, sentyabr, oktyabr aylarında Bakı şəhər sakinləri Vüqar Cəfərov, Əliağa Əhmədli, Emin Əliyev və Elvin Sadıqovun etimadlarını qazanaraq işə düzəltmək adı ilə onlardan müvafiq olaraq 3000, 4000, 3000 və 600 ABŞ dollar pullarını onlardan almış Bakı şəhər sakini Tamerlan Talıbov, cari ilin yanvar və aprel aylarında Bakı şəhər sakinləri Rəfiqə İsmayılova, Fatma Paşayeva və Güllü Nəsirovanın etimadlarını qazanaraq onlardan şərikli ticarət yaradacağı adı ilə müvafiq olaraq 25000, 22000 və 10000 ABŞ dolları məbləğində pullarını almış Bakı şəhər sakini Elmira Abbasova tutulmuşlar.