Binəqədi qəsəbə sakini Səringül Həsənova İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulmuşdur
22.02.2009 DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini Səringül Həsənova bir qrup şəxslə cinayət əlaqəsinə girərək insan alveri ilə məşğul olub qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşdur.