Xızı rayonu ərazisində qorunan keçiddə Yalama-Keşlə elektrik qatarı ilə "Kamaz" markalı avtomaşın vurulumşdur
22.02.2009 Saat 19.43 radələrində Xızı rayonu ərazisində, Giləzi-Sitalçay mənzilinin 2578-ci km-də, qorunan keçiddə Yalama-Keşlə elektrik qatarı ilə Şəmkir rayon sakini Nizami Quliyevin idarə etdiyi "Akkord" şirkətlər qrupuna məxsus "Kamaz" markalı avtomaşın vurulumşdur. Nəticədə N.Quliyev hadisə yerində ölmüş, qatarın 1-ci vaqonu relsdən düşmüşdür. Görülmüş tədbirlər nəticəsində saat 23.55 radələrində qatarın hərəkəti bərpa olunmuşdur. DİN Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.