Avaraçılıq və dilənçiliklə məşğul olan 32 nəfər saxlanılmışdır
21.02.2009 DİN Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 32 nəfər (onlardan 5-i kişi, 7-si qadın, 20-si isə azyaşlılar olmuşdur) saxlanılmış və Bakı BPİ-nin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilmişlər.