Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır

19.02.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmışdır ki, onların da 30-u "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi  baş vermişdir ki,  nəticədə 4 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
  • 7 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.