Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

19.02.2009

Saat 11.00 radələrində Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində Kürdəxanı qəsəbə sakini Ramil Qubadlı "VAZ-21093" markalı avtomaşını idarə edərkən qəsəbə sakini Dilarə Qafarovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş D.Qafarova orada ölmüşdür. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.