Şəmkir rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
18.02.2009Fevralın 17-də saat 20.00 radələrində Şəmkir rayonunun Düyərli kəndi ərazisində, kənd sakini Əkbər Dəmirov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış Ə.Dəmirov və sərnişinləri, həmkəndliləri Zülfiyyə Hüseynova və onun oğlu Ömər xəstəxanaya yerləşdirilmişdir. Şəmkir RPŞ tərəfindən araşdırmalar aparılır.