Şirvan şəhərindəki Xaqani küçəsində yaşayan Zabil Əliyevə məxsus evdə yanğın baş vermişdir
18.02.2009Saat 23.10 radələrində Şirvan şəhərindəki Xaqani küçəsində yaşayan Zabil Əliyevə məxsus 1 mərtəbəli 5 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə 130 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, xəsarət almış Z.Əliyevin oğlu İlham isə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.