Ağstafa rayonunda yaşayan Vahid İsmayılov torpaq bölgüsü ilə əlaqədar baş vermiş münaqişə zəminində qonşuları İlham İsgəndərova və onun arvadı Sədaqətə balta ilə xəsarət yetirmişdir
15.02.2009 Saat 18.00 radələrində Ağstafa rayonu M.Ə.Rəsulzadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Vahid İsmayılov torpaq bölgüsü ilə əlaqədar baş vermiş münaqişə zəminində qonşuları İlham İsgəndərova və onun arvadı Sədaqətə balta ilə xəsarət yetirmişdir. İ.İsgəndərov və Sədaqət xəstəxanaya yerləşdirilmişlər. Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.İsmayılov tutulmuşdur.