Kürdəxanı qəsəbə sakini Habil Sadıqova məxsus çörək sexində elektrik naqillərində yanğın baş vermişdir
15.02.2009 Saat 13.55 radələrində Kürdəxanı qəsəbə sakini Habil Sadıqova məxsus çörək sexində elektrik naqillərində yanğın baş vermişdir. Yanğını söndürməyə cəhd göstərmiş oranın işçiləri Balaxanı qəsəbə sakinləri Sevda Əliyeva, İsmayıl Bayramov və arvadı Bahar yanıq xəsarətləri almışlar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Araşdırmalar aparılır.