Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu H.Əliyev küçəsində yol-nəqliyyat hadisəsi

14.02.2009

Saat 21.35 radələrində Nərimanov rayonu H.Əliyev küçəsində müəyyən edilməmiş avtomaşınla Rusiya Federasiyası vətəndaşı Nataliya Bereçina vurulmuşdur. Nəticədə N.Bereçina hadisə yerində ölmüşdür. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2107" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Orxan Hüseynov tərəfindən törədilməsi və avtomaşında hadisə yerindən qaçarkən onu Bakı şəhər sakini Xalidə Brutmanın idarə etdiyi "Range-Rover" markalı avtomaşına vurması, hər iki avtomaşına ziyan dəyməsi müəyyən edilmişdir. O.Hüseynov tutulmuşdur. Nərimanov RPİ tərəfindən araşdırmalar aparılır.