DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 17 cinayət faktı qeydə alınmışdır

16.03.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 17 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Bu yanğınlar zamanı insan tələfatı olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 6 fakt müəyyən edilmişdir.