Beyləqan rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölmüşdür
14.02.2009Saat 23.30 radələrində Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində Kəbirli kənd sakini Şəhriyar Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı elektrik dirəyinə vurmuş, yüksək gərginlikli elekrik xətti qırılaraq avtomaşının üstünə düşmüşdür. Nəticədə Ş.Məmmədovu və sərnişini, həmyerlisi Elməddin Əliyevi elektrik cərəyanı vurmasından ölmüşlər.