Qəbələ rayonunun Solquca kəndində Elsevər Mirzəliyev odlu silahdan atəş açaraq Pərvanə Rəfiyevaya xəsarət yetirmişdir
10.02.2009 Saat 14.30 radələrində Qəbələ rayonunun Solquca kəndində, kənd sakini Elsevər Mirzəliyev münaqişə zəminində qohumları Rübabə Rəfiyeva və onun qızı Pərvanə istiqamətində ov tüfəngindən atəş açmışdır. Nəticədə Pərvanə xəsarət almışdır. E.Mirzəliyev könüllü olaraq RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil vermişdir.