Bakı şəhər sakini Reyhan Məmmədova İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulmuşdur
08.02.2009 DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Reyhan Məmmədova insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşdur.