Soyğunçuluq etmiş Masallı rayon sakini Namiq Məmmədov və Ağstafa rayon sakini Rauf Ömərov tutulmuşlar
06.02.2009 Saat 01.30 radələrində Nərimanov rayonundakı Qarabağ mehmanxanasının zirzəmisində 2 naməlum şəxs Salyan rayon sakinləri Niyaməddin Səfərovu və Vasif Fərəcovu bıçaqla hədələyərək onlardan 1 ədəd mobil telefon və 20 manat almışlar. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Namiq Məmmədov və Ağstafa rayon sakini Rauf Ömərov tutulmuşlar.