DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 32 cinayət faktı qeydə alınmışdır

15.03.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 32 cinayət faktı qeydə alınmışdır ki, onların da 28-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında yol-nəqliyyat hadisəsi baş verməmişdir. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Bu yanğınlar zamanı insan tələfatı olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 fakt müəyyən edilmişdir.