Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 32 cinayət faktı qeydə alınmışdır
15.03.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 32 cinayət faktı qeydə alınmışdır ki, onların da 28-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında yol-nəqliyyat hadisəsi baş verməmişdir. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Bu yanğınlar zamanı insan tələfatı olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 fakt müəyyən edilmişdir.