Fevralın 2-də Z.Vəliyevin evindən oğurluq etmiş Masallı rayon sakinləri tutulmuşlar
03.02.2009Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 2-də Z.Vəliyevin evindən oğurluq etmiş Masallı rayon sakinləri Ramil Cəfərov, Yaşar Əliyev və Qasımlı kənd sakini Fariq Əkbərov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların yanvarın 26-da Ş.İsayevin və cari ilin yanvar ayında Masallı rayon sakini Sahib Həşimovun evindən məişət cihazlarının oğurlamaları müəyyən edilmişdir.